Background pattern
Novgüv MMC

Aşpazlıq təcrübə proqramı

Novgüv MMC

Bakı

18 Fevral 2026

banner-ads

Ümumi məlumat

Təqaüdlü Aşpazlıq kursuna tələbələr qəbul olunur. Kurs Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan Bakı Peşə Hazırlığı Mərkəzi ilə birgə fəaliyyət əsasında təşkil olunur, nəzəri və praktiki hissədən ibarət olmaqla peşə üzrə zəruri biliklərin öyrədilməsini nəzərdə tutur. Praktiki hissə "The bagel bar coffee house" filiallarında təşkil ediləcək.

Kurs nələr vəd edir:

  • Avropa mətbəxi üzrə nəzəri və praktiki təcrübə qazanmaq
  • Real iş mühiti ilə tanışlıq və peşəkar aşpazlardan işin detallarını öyrənmək və tətbiq etmək
  • Kursu uğurla bitirdikdə sertifikat və işlə təmin olunmaq şansı
  • Aylıq təqaüd

Namizədlər müraciətlərini "Aşpazlıq təcrübə proqramı" yazmaqla cv@simurg.co.az email ünvanına və ya +994502515195 nömrəsinə whatsapp vasitəsilə ünvanlaya bilərlər.

Öhdəliklər

Nəzəri və praktiki təlimlər zamanı öyrədilənlərin mənimsənilməsi

Tələblər

Yaş aralığı: 18-30, Bakı ərazisində yaşayan işsiz və işaxtaran şəxslər

Müvafiq sahə üzrə işləmək və karyera qurmaq həvəsi olan şəxslər

Çeviklik, öyrənməyə açıq və həvəsli olmaq

Ödənişli

Maaş

Otel, İaşə, Turizm

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

18 Fevral 2026

Elan tarixi

21 Mart 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb