Background pattern
PASHA Insurance

Daxili Nəzarət üzrə Təcrübəçi

PASHA Insurance

Bakı

25 May 2026

banner-ads

Ümumi məlumat

PAŞA Sığorta ASC namizədləri Daxili nəzarət və dələduzluq araşdırmaları istiqaməti üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Daxili nəzarət və dələduzluq araşdırmaları istiqaməti üzrə təcrübəçi şirkətin nəzarət mexanizmlərinin effektivliyinin artırılması, dələduzluq risklərinin minimallaşdırılması və struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi məqsədilə nəzarət proseslərinin təhlili, araşdırmaların aparılması və insidentlərin idarəolunması sistemində iştirak edəcək.


Bizim Təklifimiz

  • İnnovativ və dinamik şirkətdə çalışma imkanı
  • Komanda işi və əməkdaşlığa əsaslanan mühit
  • Davamlı peşəkar inkişaf və öyrənmə imkanları
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Öhdəliklər

  • Nəzarət mexanizmlərinin dizayn edilməsi və tətbiqində iştirak etmək
  • Müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqinə dəstək göstərmək
  • Dələduzluq halları üzrə araşdırmaların aparılmasına dəstək olmaq
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentlərin təhlili və araşdırılmasında iştirak etmək
  • Biznes proseslərin təhlili və mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsində iştirak etmək
  • Aşkar edilmiş nəzarət boşluqları və uyğunsuzluqlar üzrə tövsiyələrin hazırlanmasında iştirak etmək
  • Daxil olan insident və siqnallar üzrə təhlillərin aparılması və kompleks araşdırmalarda iştirak etmək

Tələblər

Bilik və Bacarıqlar

  • Araşdırma və analiz bacarıqları
  • Məlumatların təhlili və nəticələrin vizual təqdimatı
  • Normativ sənədlərlə işləmə və uyğunluğun təmin edilməsi bacarığı
  • Analitik və məntiqi düşünmə
  • Yüksək diqqətlilik və detallara həssaslıq
  • Emosional stabillik və məsuliyyətlilik
  • Problemlərin həlli və qərarvermə bacarığı
  • Etik davranış və məxfilik prinsiplərinə riayət
  • Komandada işləmə və təşəbbüskarlıq
  • Yaxşı ünsiyyət qurmaq
  • Dil bilikləri: Azərbaycan

Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr)
  • Daxili nəzarət və ya dələduzluq araşdırmaları sahəsində təcrübə arzuolunandır

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

25 May 2026

Elan tarixi

24 İyun 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb