Background pattern
PASHA Insurance

İstedadların idarəolunması üzrə təcrübəçi

PASHA Insurance

Bakı

27 Aprel 2026

banner-ads

Ümumi məlumat

PAŞA Sığorta ASC namizədləri İstedadların idarəolunması üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə şirkətin İstedadların idarəolunması proseslərinə dəstək verməklə, təlim və inkişaf proqramlarının təşkili, daxili hesabatların və təqdimatların hazırlanması, məlumat bazalarının yenilənməsi və təlim ehtiyaclarının monitorinqi kimi əsas funksiyaları əhatə edir. Rolu icra edən şəxs İnsan Resursları və Daxili Kommunikasiyalar departamentinin strateji məqsədlərinə töhfə verəcək, komanda ilə sıx əməkdaşlıq edərək təşkilati inkişaf və biznes proseslərinin təkmilləşdirilməsində iştirak edəcəkdir.


Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada işləmək imkanı
  • Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar
  • Öyrənmə və bilik mübadiləsi mühiti
  • Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mədəniyyəti
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Öhdəliklər

  • Təlim və inkişaf proqramlarının təşkili və icrasında dəstək göstərmək
  • Daxili HR hesabatlarının və təqdimatların hazırlanmasına dəstək vermək
  • Daxili məlumat bazalarının və sənədlərin yenilənməsi və düzgünlüyünün təmin edilməsinə dəstək göstərmək
  • Keçirilən təlimlərin qeydiyyatının və qiymətləndirilməsinin aparılmasına dəstək göstərmək
  • Təlim ehtiyaclarının toplanması, monitorinqi və müəyyənləşdirilməsində köməklik etmək
  • Komanda tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək

Tələblər

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel, Word, PowerPoint)
  • Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı
  • Komandada işləmək və öyrənməyə açıq olmaq
  • Diqqətli, məsuliyyətli və təşəbbüskar olmaq
  • Vaxtın idarə olunması və çoxtapşırıqlı işləmə bacarığı
  • Etik davranış və konfidensiallıq prinsiplərinə riayət
  • Maraqlı tərəflərin idarə olunması bacarığı
  • Emosional zəka və güclü kommunikasiya bacarığı
  • Biznes prosesləri və analitik biliklər, kritik təhlil bacarığı
  • Keyfiyyətli təqdimat və hesabat hazırlamaq bacarığı
  • Araşdırma aparmaq və nəticələri təqdim etmək bacarığı
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus


Təhsil və Təcrübə

  • Ali təhsil
  • Təcrübə tələb edilmir

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

27 Aprel 2026

Elan tarixi

27 May 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb