Background pattern
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

Qatarların təmiri üzrə peşə təcrübəsi proqramı

banner-ads

Ümumi məlumat

"Bakı Metropoliteni" QSC qatarların təmiri üzrə peşə təcrübəsi proqramı elan edir!

Bakı Metropolitenində qatar sistemlərinin öyrənilməsi sahəsində praktiki bilik və bacarıqlar əldə etmək, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!


Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə aylıq əmək haqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı


Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı
  • Ətraflı müsahibə
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər


Metropoliten sizə nə vəd edir?

  • Nahar (güzəştli)
  • Metropolitendən ödənişsiz istifadə

Öhdəliklər

  • Qatarların konstruksiyası, texniki quruluşu və iş prinsipləri ilə tanış olmaq.
  • Lokomotiv və vaqonların əsas aqreqat və mexanizmlərinin (tormoz sistemi, dartı sistemi, asqı mexanizmləri və s.) işini müşahidə etmək.
  • Məsul mütəxəssislərin tapşırığı ilə sadə təmir və texniki baxış əməliyyatlarını yerinə yetirmək.
  • Ölçmə və diaqnostika cihazlarından düzgün istifadə qaydalarını öyrənmək və nəzarət altında tətbiq etmək.
  • Qatar və vaqonlarda texniki nasazlıqların aşkar edilməsində ustalara dəstək vermək.

Tələblər

Biz kimləri axtarırıq?

  • Yaşı 22-35 arası olan gənclər
  • Təhsili elektrik mühəndisi, avtomatika, mexanika və texnoloji maşınlar üzrə olan məzunlar
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

9 Fevral 2026

Elan tarixi

11 Mart 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb