Background pattern
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

Təsərrüfat qatarının maşinisti üzrə peşə təcrübəsi proqramı

banner-ads

Ümumi məlumat

“Bakı Metropoliteni” QSC Təsərrüfat qatarının maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir!

Proqramı uğurla başa vuran namizədlər işçilərin və təsərrüfat yüklərinin yalnız gecə növbəsində daşınmasını həyata keçirən təsərrüfat qatarının təhlükəsiz və düzgün idarə olunmasını, texniki təlimatlara riayət edilməsini təmin edərək təsərrüfat qatarının maşinisti kimi fəaliyyət göstərəcəklər.


Proqram sizə nə qazandıracaq?

  • 4 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə minimum aylıq əmək haqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı


Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı
  • Ətraflı müsahibə
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər


Metropoliten sizə nə vəd edir?

  • Nahar (güzəştli)
  • Metropolitendən ödənişsiz istifadə

Öhdəliklər

  • Təsərrüfat qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri)
  • Təsərrüfat qatarı maşinistinin gündəlik fəaliyyət qaydaları, təhlükəsizlik protokolları və təlimatları ilə tanışlıq
  • Məlumatların qeydiyyatı, nəzarət cihazlarının istifadəsi və siqnal sistemlərinin işləmə mexanizmini öyrənmək
  • Praktiki təlimlər çərçivəsində simulyasiya və ya real vəziyyətlərdə maşinist köməkçisi kimi müşahidə və iştirak
  • Fövqəladə və qəza hallarında davranış qaydalarını öyrənmək
  • Peşəyə uyğun psixoloji və fiziki hazırlıq vərdişlərinin formalaşdırılması

Tələblər

  • Yaş - 22-35 arası
  • Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

28 Aprel 2026

Elan tarixi

28 May 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb