Background pattern
Innovation Management and TRIZ Institute

Assistant to Business Development Manager

banner-ads

Общая информация

 Vəzifə: Təcrübəçi (Assistant to Business Development Manager)


 İş yeri: Ofis daxilində (Bakı şəhəri)


 İşin başlanğıcı: Təcrübə müddəti ilə başlayır – uğurlu nəticə göstərən namizədlər işlə təmin olunacaq. Təcrübə müddəti 1 ilə 3 ay arasında dəyişir və bu dövr ərzində namizədin uyğunluğu qiymətləndiriləcək.


Biz nə təklif edirik?

  • Real iş mühitində təcrübə
  • Peşəkar inkişaf fürsətləri
  • Gələcəkdə daimi işlə təmin olunma imkanı
  • Mentor dəstəyi və öyrədici layihələr
  • CV-də fərqlənəcək təcrübə və bacarıq toplusu


Müraciət üçün: Uyğun namizədlər CV-lərini aşağıdakı ünvana göndərsin: office@imti.az

Обязанности

Sənin rolun nə olacaq?


Siz Rəqəmsallaşdırma və Strateji İş İnkişafı Departamentinin rəhbəri ilə birbaşa əməkdaşlıq edərək, institutun gündəlik fəaliyyətlərinin təşkili və icrasında rəhbərə operativ dəstək göstərəcək, idarəetmə və təşkilati tapşırıqların yerinə yetirilməsində iştirak edəcəksiniz. Layihələrin icrası zamanı komanda ilə sıx əməkdaşlıq edərək, innovasiya və strateji inkişaf proseslərində praktiki bilik və bacarıqlar əldə edəcəksiniz.

Eyni zamanda, təlim proqramlarının hazırlanması, icrası və nəzarəti proseslərində iştirak edərək, institutun inkişaf strategiyalarına töhfə verəcək və idarəetmə, rəqəmsallaşdırma sahələrində təcrübə qazanacaqsınız.

Требования

Tələblər:


  • İş təcrübəsi tələb olunmur – sənə lazım olan hər şey öyrədiləcək.
  • Komanda ilə işləmə bacarığı
  • Öyrənməyə açıq, aktiv və təşəbbüskar yanaşma
  • Analitik düşüncə tərzi və problemləri həll etmə qabiliyyəti
  • Süni intellekt alətləri və Canva ilə işləmə bacarığı üstünlük sayılacaq
  • Ali məktəb tələbələri də müraciət edə bilər
  • İnnovasiya və idarəetmə sahəsinə maraq göstərə biləcək şəxslər axtarılır
  • Microsoft Office proqramları ilə işləmə bacarığı – xüsusilə PowerPoint və Excel
  • Təcrübəçinin şəxsi noutbuku olmalıdır


Информация будет предоставлена

Зарплата

Администрирование, бизнес и управление

Категория

Полная занятость

Тип занятости

4 May 2026

Дата публикации

3 İyun 2026

Срок подачи

banner-ads

Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az