Azercell

Azercell Təcrübə Proqramı – Təhlükəsizlik Departamenti

Azercell

Bakı

25 İyul 2025

Ümumi məlumat

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir. Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik: Məlumatlarımızın qorunmasından cavabdeh olan təhlükəsizlik komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın! 


Təcrübə müddəti: 18 həftə (müddət uzadıla bilər)


İş qrafiki: Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.


İş yeri: “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, Azərbaycan


Biz nə təklif edirik:

  • İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
  • Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
  • Hibrid iş rejimi / çevik cədvəl
  • Kompensasiya mövcuddur
  • Məlumatların qorunması istiqamətində çox yerdə görə bilməyəcəyiniz yeni yanaşmalar və müasir vasitələrdən istifadə edərək həm texniki həm də fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
  • Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş ilə təmin olunma şansı

Öhdəliklər

  • Proqram təminatı, şəbəkə və təhlükəsizlik sistemləri haqqında fundamental biliklər.
  • Təhdid Kəşfiyyatı (Threat İntelligence), Kibertəhlükəsizlik, İnformasiya Təhlükəsizliyi, İnsidentlərə Cavab və ya Rəqəmsal forenzika (Digital forensic) ilə bağlı bilik və bacarıqlar.
  • Bir çox informasiya mənbələrindən gələn xam məlumatlar, informasiya və yekun hesabatlarla işləmək bacarığı
  • Təhdid kəşfiyyatının toplanması üçün OSINT texnikaları və alətlərində işləmə bacarıqları.
  • Məlumat sızıntısı, ransomware hücumları, DOS/DDOS, sosial mühəndislik, veb hücumlar daxil olmaqla kiberhücumlar haqqında bilik və bacarıq.
  • Daxili məlumat sızıntılarının qarşısının alınmasında istifadə edilən texnologiya və yanaşmalar barədə biliklər.
  • Forensic vasitələri ilə praktiki biliklər, o cümlədən FTK,EnCase, Forensic toolkit(FTK),Registry Viewer, Autopsy
  • Forensic görüntüləmə, uzaqdan toplama və forensic analizini yerinə yetirməklə praktiki biliklər.
  • Müxtəlif daxili yaddaş qurğularının (SSD, HDD və s.) forensic iş stansiyaları ilə əlaqələndirmək üçün onların çeviricilərindən və adapterlərindən istifadəsi sahəsində biliklər.
  •  Statik, dinamik və əks mühəndislik daxil olmaqla zərərli proqramların təhlili ilə bağlı praktiki biliklər arzu olunandır.
  • Kibertəhlükəsizlik təhdidlərinin, hücumların, hücum vektorlarının və istismar üsullarının həyat dövrü haqqında biliklər.
  • Müdaxilə dəsti taktikaları, texnikaları və proseduraları (TTP) haqqında biliklər.
  • Azərbaycan dilində mükəmməl, İngilis dilində normal şifahi və yazılı ünsiyyət bacarıqları.

Tələblər

  • Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi, Kiber Təhlükəsizlik, Rəqəmsal Forenzika və ya əlaqəli sahədə universitetin 3-cü və ya 4-cü kurs tələbələri. 
  • Eyni sahələr üzrə magistratura pilləsi təhsilini alanlar və məzunlar.
  • Öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
  • Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

25 İyul 2025

Elan tarixi

24 Avqust 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram