Ümumi məlumat
Öhdəliklər
Tələblər
Maaş
Kateqoriya
İş rejimi
Elan tarixi
Bitmə tarixi
© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Bakı
29 Aprel 2025
Ümumi məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul elan edir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2025-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün yay düşərgəsi və iş yerində təcrübə olmaqla iki hissədən ibarət Yay Təcrübə Proqramı təşkil edir.
Yay düşərgəsi 7 gün müddətində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək. İş yerində təcrübə 8 həftə müddətində Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində keçiriləcək.
Yay Təcrübə Proqramının müddəti 7 iyul 2025-ci il tarixdən 5 sentyabr 2025-ci il tarixədək davam edəcək.
Təcrübə proqramının üstünlükləri:
Proqramda iştirak etmək üçün seçim mərhələləri:
Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 14 aprel 2025-ci il saat 09:00-dan 14 may 2025-ci il saat 23:59-dək həyata keçiriləcək.
Namizədin müraciəti tecrube@taxes.gov.az elektron poçt ünvanına daxil olduqdan sonra 10 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcəkdir. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.
Müraciətləri qəbul edilmiş namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcək.
Öhdəliklər
Məlumat veriləcək
Tələblər
Məlumat veriləcək
Maaş