PASHA Insurance

Fərdi bank kanalları üzrə təcrübəçi

PASHA Insurance

Bakı

5 İyun 2025

Ümumi məlumat

“PAŞA Sığorta” ASC şirkəti “Fərdi bank kanalları üzrə təcrübəçi” vakansiyası elan edir.

Öhdəliklər

  • Cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsində komandaya dəstək göstərilməsi;
  • Fərdi bank müştərilərinə xidmət göstərilməsi, müştəri tələbatına uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılmasına dəstək göstərilməsi;
  • Satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu partnyorlar üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi istiqaməində departamentə yardımın göstərilməsi;
  • Mövcud olan fərdi bank müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi istiqamətində komandaya dəstək göstərilməsi;
  • Bank, bank olmayan kredit təşkilatı və lizinqlər ilə görüşlərdə iştirak emək, “PAŞA Sığorta” ASC-nin fərdi bank sığorta məhsullarının satışının həyata keçirməsinə dəstək göstərilməsi;

Tələblər

  • Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili üzrə sərbəst biliklər, işgüzar rus və ingilis dili biliyinə üstünlük verilir;
  • MS Office proqram təminatı paketi xüsusi ilə də MS Exceldə sərbəst işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Dəqiqlik;
  • Komanda ilə işləmək bacarığı;

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Hibrid

İş rejimi

5 İyun 2025

Elan tarixi

5 İyul 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram